İqtisadçı ekspert bahalaşmanın səbəblərindən danışdı - VİDEO

img
+    -

Samirə VƏLİYEVA: "Pandemiyanın fəsadları ağır olacaq"

Almaniyada inflasiyanın son 30 ilin rekord həddinə çatması təbii olaraq qiymət artımına da səbəb olub. Ərzaqdan tutmuş, yanacaq, geyim, xidmət sektoru və s. demək olar ki, hər sahədə bahalaşma müşahidə edilir. Xeber.de-nin qonağı olan Almaniyada yaşayan iqtisadçı Samirə Vəliyeva bahalaşmanın səbəbləri, anılacaq önləmlər və pul kisəmizin bu bahalaşma qarşısında  necə dözümlü ola biləcəyini barədə danışıb. 
Samirə xanım bilirib ki, Almaniyada elektrik enerjisi, təbii qaz və neftin qiymətlərində kəskin artım müşahidə olunur. Bu, öz növbəsində ərzaq, geyim və xidmət sektoruna təsirsiz ötüşmür. Almaniyanın yeni hökumətinin bu qiymət artımı qarşısında niyə aciz qaldığı barədə danışan ekspert bildirib ki, əhalinin vaksinasiyasının artımı normallaşmaya qayıdışı sürətləndirir. 
Almaniyada maaş və vergi arasındakı uçurum barəsində danışan S.Vəliyeva dövlətin vətəndaşlara təqdim etdiyi bəzi yardım proqramları barədə məlumat verib. O qeyd edib ki,  azgəlirli bir ailə və ya fərd həmin proqramlara qoşulmaqla büdcəsini günün tələblərinə uyğunlaşdıra bilər. 
Ətraflı VİDEO-da:

Oxşar yazılar