İşini itirənlərin işsizlik yardımı artırıldı

img
+    -

Belçikada koronavirus epidemiyası səbəbiylə iş yerlərini itirənlərin işsizlik yardımı 150 avro artırılıb. Xeber.de-nin məlumatına görə, bu barədə Belçikanın baş naziri Sofi Wilmes yeni növ koronavirus (Covid-19) böhranı səbəbiylə Brüsseldə Nazirlər Kabinetinin toplantısından sonra jurnalistlərə açıqlamasında bildirib. 

"Vətəndaşların sağlamlığını və iş yerlərini qorumaq üçün hər şeyi edəcəyik" - deyən Wilmes koronavirus böhranının 2008-ci ildəki maliyyə böhranından daha ciddi ola biləcəyini də qeyd edib. 

Wilmes böhranın sosial-iqtisadi təsirini yüngülləşdirmək üçün müxtəlif tədbirlər gördüklərini, istehlakçıların alıcılıq qabiliyyətlərini qorumaq və müəssisələrə kömək etmək məqsədi ilə hökumətin bir “B”planının olduğunu da diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl Belçikada vətəndaşların vergi ödənişlərinin iki ay müddəti üçün dayandırıldığı elan edilmişdi. Eyni zamanda böhranın təsir etdiyi kiçik şirkətlər may ayına qədər təyin olunan maliyyə yardımını da ala biləcəklər. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!