İsrail Azərbaycanın haqlı mövqeyini dəstəkləyir - VİDEO

img
+    -

İsrailin sabiq müdafiə naziri, ölkənin ən nüfuzlu siyasətçilərindən biri, baş nazir postuna real namizəd Aviqdor Liberman Azərbaycanın öz ərazilərində keçirdiyi anti-terror əməliyyatını dəstəklədiyini ifadə edib. Xeber.de-nin məlumatına görə, cənab Liberman açıqlamasında Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını birmənalı dəstəklədiklərini və bunun İsrailin rəsmi mövqeyi olduğunu dilə gətirib: "Dağlıq Qarbağ həmişə Azərbaycanın olub və olacaq. Ermənistan Dağlıq Qarabağla yanaşı, Azərbaycanın 7 rayonunu da işğal edib. Münaqişə illərdən bəri həll olunmadığından eskalasiya qaçılmaz idi. Azərbaycanla münasibətlərimizə gəldikdə isə, Azərbaycan ciddi, etibarlı, öhdəliklərini heç bir zaman pozmamış ciddi tərəfdaşdır. İsraildə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana münasibətimiz birmənalıdır. Son döyüşlərlə bağlı mövqeyimizə gəldikdə isə, Azərbaycan bizimlə çox sıx münasibətlərə malik ölkədir. Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını birmənalı dəstəkləyirik. Bu, İsrailin rəsmi mövqeyidir".

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar