İstanbulda illərdir sənədsiz yaşayan azərbaycanlılara “oturum izni” verilib - FOTO

  • Avropa
  • 17 Mar 02:54
  • 189 Oxunma
img
+    -

Türkiyədə illərdir sənədsiz yaşayan azərbaycanlılara “oturum izni” verilib. Xeber.de-nin məlumatına görə, ötən gün  daha 18 Azərbaycan vətəndaşı Türkiyədə müvəqqəti yaşamaq icazəsi alıb.  “Oturum izni” Azərbaycanın İstanbuldakı Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və İşbirliyi fondunun sədri, professor Aygün Attar tərəfindən verilib .

Bildirilib ki, uzun müddətdir sənədlərin hazırlanması prosesi gedirdi. Azərbaycanın Xarici İşlər Nazirliyi, Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi və Azərbaycanın İstanbuldakı Baş konsulluğu bu istiqamət üzrə işlər aparıb. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar