Ermənistanın Qarabağda törətdiyi vandalizm siyasəti və son hücumları ilə bağlı, İsveç Krallığının ikinci ən böyük şəhəri olan Yöteburqun “Kunsqsportsplatsen torget” meydanında etiraz aksiyası keçirilib. Xeber.de-nin məlumatına görə, İsveç Krallığının Yöteburq şəhərində yaşayan vətənpərvər azərbaycanlılar tərəfindən təşkil edilib.
Aksiyada Şəfa Hacıyeva, Mahmud Bilgin, Suma Kərimova Ermənistanın işğal etdiyi Qarabağdan çıxmasını, beynəlxalq hüququn Qarabağda bərqərar olmasını, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması haqqında danışıblar. Aksiya boyu Qarabağla bağlı İsveç və Azərbaycan dilində şüarlar səsləndirilib.
Zöhrab ZEYNAL / İsveç
Bizim Telegram kanalımıza Abunə olun!
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə QOŞULUN!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!