İsveçdə Ordumuza dəstək aksiyası keçirilib – VİDEO

  • Avropa
  • 16 İyl 02:30
  • 623 Oxunma
img
+    -

İsveçdə yaşayan azərbaycanlılar Ordumuza dəstək aksiyası keçiriblər. Bu barədə Xeber.de –yə İsveçdə yaşayan həmvətənimiz  Kənan Hacıəkbəroğlu məlumat verib. O bildirib ki, dəstək aksiyası İsveçin Göteborq şəhərində baş tutub.

“Aksiyamız iki hissədən ibarət idi. Birinci hissədə bayraq və “Qarabağ Azərbaycandır” şüarları ilə bəzənən avtomobillər  karvan şəkilində şəhərin mərkəzi küçələrində, vətənpərvərlik musiqilərinin sədaları altında keçid etdi. Daha sonra şəhərin mərkəzi meydanına toplandıq. Burada 100-ə yaxın iştirakçı var idi” – deyə, K. Hacıəkbəroğlu bildirib.

Onun sözlərinə görə, aksiyanın əsasə məqsədi Tovuzda erməni terrorçularının təxribatına məruz qalan Azərbaycan Ordusuna dəstək, eyni zamanda təcavüzkar Ermənistanın illərdir davam edən işğalçı siyasətini isveçlilərə göstərmək olub: “Aksiyamızın ikinci hissəsi Tovuzda erməni təxribatını dəf edən zaman qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Çıxış edənlər bildirdilər ki, Avropanın müxtəlif ölkələrinə dağılsalar da, ürəkləri Vətənimiz Azərbaycanla döyünür. Bildirildi ki, səfərbrlik elan olunan kimi əli silah tutan bilən hər kəs orduya qatılacaq. Ona qədər isə, bütün gücümüzlə bu tip aksiyalarla Ordumuza dəstəyi ifadə edəcəyik. Son 2-3 ildə həmvətənlərimiz bu tip aksiyaları İsveçdəki erməni diasporasını narahat edib. Artıq onların yalan və sayıqlamalarına heç kəs inanmır”.

K. Hacıəkbəroğlu Avropada yaşayan həmvətənlərimizi Qarabağ həqiqətlərinin yaşadıqları ölkələrin ictimaiyyətinə çatırılması yönündə aktif fəaliyyətə səsləyib.

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar