İsveçdə Vətən Müharibəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib – VİDEO

img
+    -

İsveçin Göteburq şəhərində Vətən Müharibəsinin ildönümü ilə bağlı anım tədbiri keçirilib. İsveç - Azərbaycan Qarabağ Azadlıq Mərkəzindən Xeber.de-yə verilən məlumat görə, tədbir Vətən Müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. 


Bu barədə məlumat verən mərkəzin rəhbəri Ülviyyə Nəcəfova bildirib ki, tədbirdə Göteburqda və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar iştirak ediblər.
“Tədbirin təşkilatçısı İsveç - Azərbaycan Qarabağ Azadlıq Mərkəzi, Batı Yöteland Azərbaycan Evi Birliyi və İsveç Azərbaycanlılarının Koordinasiya Şurası idi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Daha sonra 44 günlük Vətən Müharibəsi ilə bağlı çıxışlar oldu. Tədbirə şəhər sakinlərinin marağı da yüksək idi”- deyə, Ü.Nəcəfova bildirib. 

Oxşar yazılar