İsveçdə Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirilib - Fotolar

img
+    -

İsveçin Göteburq şəhərində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. İsveç - Azərbaycan Qarabağ Azadlıq Mərkəzindən Xeber.de-yə verilən məlumat görə, tədbirdən öncə Göteburq şəhərində Qarabağ həqiqətləri və Xocalı soyqırımından bəhs edən broşürlər paylanılıb. 

Bu barədə məlumat verən mərkəzin rəhbəri Ülviyyə Nəcəfova bildirib ki, şəhər sakinlərinə broşür paylanılan zaman onların əksəriyyəti Xocalı soyqırımı barədə suallar veriblər: “Sual verən yerli sakin və turistlərə Qarabağ həqiqətləri və Xocalı soyqırımı ilə bağlı məlumat verdik. Bəzi insanlar Xocalı barədə ilk dəfə bizdən məkumat aldılar. Düşünürəm ki, bu kimi tədbirləri biz təkcə anım ildönümlərində yox, başqa adi günlərdə də təşkil etməliyik”.

Broşür aksiyasında sonra təşkil olunan tədbirdə dünya dövlətlərinin biganəliyi səbəbindən işğalçı Ermənistanın törətdiyi cinayətlərə görə cəzasız qaldığı, bənzər cinayətlərə yol vermiş digər dövlətlərlə müqayisədə Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədiyi vurğulanıb. Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları əsasında ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda İsveçdə məktəbli həmvətənərimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı çəkilən rəsmlər sərgilənib.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!