İsveçdə Zəfər bayramı qeyd edilib – VİDEO

  • Avropa
  • 01 Noy 08:39
  • 262 Oxunma
img
+    -

İsveçdə yaşayan azərbaycanlılar Zəfər bayramını qeyd ediblər. Xeber.de-nin məlumatına görə, bayram tədbiri İsveç Azərbaycanlılarının Koordinasiya Şurası, Azərbaycan Qarabağ Azadlıq Mərkəzi dərnəyi və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Tədbirdə İsveçin müxtəlif şəhərlərində yaşayan həmvətənlərimizlə yanaşı, Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov da iştirak edib. Tədbir Vətən Müharibəsi şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. 
Daha sonra iştirakçılar söz alaraq, Azərbaycanın tarixi qələbəsi, şəhid və qazilərimizin qəhrəmanlığından danışıblar. 
Sonra tədbir bədii hissə ilə davam edib.

 

Oxşar yazılar