“Jugendamt” türk ailənin 4 günlük uşağını əlindən aldı - FOTO

  • Avropa
  • 01 Yan 02:19
  • 1163 Oxunma
img
+    -

Almaniyada uşaqlar və gənclərlə iş üzrə idarə olan “Jugendamt” bir türk ailənin 4 günlük uşağını əllərindən alıb. Xeber.de-nin məlumatına görə, hadisə Almaniyanın Heilbronn şəhərində qeydə alıb. Belə ki, şəhər xəstəxanasında dünyaya göz açan Elçin adlı körpə anasının daha öncə psixoloji problemlərə görə müalicə alması səbəbindən ailəsindən alınıb. 

Ötən gün Heilbronn şəhərində yerləşən “Jugendamt” önündə etiraz askiyası keçirən türk ailəyə yerli sakinlər və Türkiyə Sevdalıları Dərnəyinin üzvləri dəstək veriblər. 

Uşağın babası Ömər Bilgiç jurnalistlərə açıqlamasında bildirib ki, keçirdikləri etiraz aksiyası sadəcə onun nəvəsi üçün təşkil olunmayıb. 

“Bizim kimi on minlərlə ailə var. Qızım daha əvvəl psixoloji problemlər  səbəbindən müalicə alıb. “Jugendamt” əsas gətirib ki, bu səbəbdən uşaq anada qala bilməz. Qızımın hazırda heç bir problemi yoxdur. Əgər o baxa bilməsəydi, biz baxacaqdıq. İndi körpəmizi tanımadığımız bir alman ailəyə veriblər” - deyə Ömər Bilgiç söyləyib.

Onun sözlərinə görə, xəstəxanda temperaturunu yoxlamaq adı ilə uşağı anasının yanından götürən tibb bacısı onu “Jugendamt”dan gələnlərə verib: “Bu rəsmən uşaq oğurluğudur. “Jugendamt”a gəlib körpəmizi tələb etdikdə isə, bizə dedilər ki, artıq onu qoruyucu bir alman ailəyə veriblər”.

Etiraz aksiyasında iştirak edən Türkiyə Sevdalıları dərnəyinin başqanı Murat Günəş bildirib ki, Almaniyada əcnəbi ailərlə qarşı belə haqsızlıqlar tez-tez olur. Aksiyada iştiraklarının da səbəbi türk ailəyə dəstək olmaqdır: “Bizdə olan məlumata görə, 4 min uşaq türk ailələrdən alınaraq almanlara verilib”.

Məlumat üçün bildirək ki,  “Jugendamt” - Almaniyada uşaqların tərbiyəsinin təşkilinə və hüquqlarının təmin edilməsinə məsul olan idarədir. Azərbaycanlıların və keçmiş SSRİ məkanına daxil olan ölkələrin Almaniyada yaşayan vətəndaşlarının ən çox narazı olduqları idarənin hər bir şəhərdə nümayəndəlikləri var. / Foto © arti49.com

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar