“Jurnalistlərin binası” işində ŞOK FAKTLAR - FOTOLAR

img
+    -

Ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra onunla əlbir olan, qanunsuz maliyyə və ev alan alan media rəhbərləri və jurnalistlərin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. “Xeber.de”-nin hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Respublika Baş Prokurorluğunda aparılan istintaqa “Jurnalistlərin binası”ndan evə alan şəxslər də şahid qismində cəlb ediliblər. İndiyə kimi istintaqa cəlb edilən şəxlərin sayı 31-dir. Onların arasında baş redaktorlar da var. 

Əflatun Amaşov 4 saat dindirilib

Vüqar Səfərlinin işi ilə bağlı dindirilənlər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov da olub. O, Respublika Baş Prokurorluğunda  aparılan istintaq çərçivəsində 4 saat dindirilib. Aldığımız məlumatda bildirilir ki, Ə.Amaşov istintaqa şahid qismində cəlb olunan 3 jurnalistlə üzləşdirilib. 


Həm birinci, həm də ikinci binadan ev alanlardan bəziləri bildiriblər ki, onlar 10-30 min manat arası rüşvət qarşılığında ev bölgüsü üçün tutulan siyahıya adlarını yazdırıblar. Bir nəfər isə, Qaraçuxur qəsəbəsində yerləşən 1 otaqlı evinin qarşılığında “Jurnalistlərin binası”ndan 3 otaqlı mənzil aldığını söyləyib. 
Bu iş üzrə aparılan istintaqa Prezident Administirasiyasının ictimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun da cəlb edilməsi gözlənilir. Məlumatda deyilir ki, o, səhəti ilə bağlı istintaqdan möhlət istəyib. 

İki nəfərə bir ev

“Jurnalist binaları”ndan ev alanlarla bağlı aparılan istintaqa daha çox şəxsin cəlb edilməsi gözlənilir. Çünki V.Səfərlinin həbsindən sonra ona məxsus seyfdən götürülən və istintaqa yararlı sayılan sənədlərin ayrı-ayrı şəxslərə məxus olması və onların mənzillərin paylanmasında  işirakı ilə bağlı əsaslı şübhələr yaranıb. 
Jurnaslitlərdən biri mənzil üçün müstəqil müraciət etdikdə, ona bildirilib ki, 25 min manat məbləği bir başqa həmkarı il birlikdə yığıb versin. O, Mətbuat Şurasında təmsil olunan şəxs tərəfindən mənzili satandan sonra pulu öz aralarında bölüşə biləcəkləri ilə bağlı təlimat alıb. 

“Qorxusundan ucuz qiymətə satır”

İstintaqa ifadə verən və adının açıqlanmasını istəməyən jurnalistlərdən biri “Xeber.de”yə açıqlamasında bildirib ki, 2018-ci ilə kimi, birinci binadan 20-ə yaxın mənzil satılıb: “İndi evini satanlar daha çoxdur. Həm birinci, həm də ikinci binadan. Onlardan bəzilərinin elanını internetdə görə bilərsiniz, ancaq bəziləri ev alqı-satqısı ilə məşğul olan şəxslər vasitəsi ilə mənzillərini satışa çıxarıblar. Təsəvvür edin, eləsi var ki, birinci binadan ev alıb, qapısın bağlayıb, gedib. Heç vaxt orada yaşamayıb, içərisinə bir əşya belə qoymayıb. İndi qorxusundan ucuz qiymətə təcili satır”.

Xatırladaq ki, Vüqar Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılmış pulları mənimsəməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Ötən gün hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə V. Səfərlinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar