Koblenzdə azərbaycanlı və ukraynalı qaçqınlarla görüş keçirilib - FOTOLAR

  • Avropa
  • 22 Apr 12:26
  • 319 Oxunma
img
+    -

Almaniyanın Koblenz şəhərində Ukraynadakı müharibədən qaçan azərbaycanlı və ukraynalılarla görüş keçirilib.  “Koblenz Azərbaycan Mədəniyyət və İdman Cəmiyyəti”ndən Xeber.de-yə daxil olan məlumatda deyilir ki, görüş Koblenzin məşhur istirahət parklarından birində baş tutub. 
Cəmiyyətin sədri Eldar Bayram görüş barədə məlumat verərək bildirib ki, məqsəd Ukraynadan gələn həm azərbaycanlı, həm də ukraynalı qaçqınlarla tanış olmaq, onların problemləri ilə maraqlanmaq və həlli yollarını birlikdə müzakirə etmək olub. 
E.Bayram qeyd edib ki, rəhbərlik etdiyi cəmiyyət Ukraynada müharibə başlayandan indiyə kimi Koblenz şəhərinə gələn qaçqınlarla yaxından maraqlanır, onların yerli cəmiyyətə inteqrasiyası üçün əllərindən gələni edirlər. 

Xeber.de

 

Oxşar yazılar