Almaniyanın Koblenz şəhərində Azərbaycan Respublikasının Xalq rəssamı Əşrəf Heybətovun 70 illik yubileyi keçirilib. Bu barədə “Xeber.de”yə Almaniyada fəaliyyət göstərən “Koblenz Azərbaycan Mədəniyyət və İdman Cəmiyyəti”nin sədri Eldar Bayram məlumat verib.
E.Bayram bildirib ki, tədbirdə rəssamın “Qarabağa gedən 44 günlük yol albomu” və “Türk Dünyası” adlı rəsm əsəri təqdim edilib.