Kölndə 5800 nəfər təxliyyə edildi

  • Avropa
  • 25 Yan 03:04
  • 134 Oxunma
img
+    -

Almaniyanın Köln şəhərində 5800 sakin təxliyyə edilib. Xeber.de-nin məlumatına görə, buna səbəb İkinci Dünya Müharibəsindən qalma 500 kiloqramlıq bombanın tapılması olub. Köln şəhər bələdiyyəsindən verilən məlumatda deyilir ki, bomba Amerika istehsalı olub. 

Bombanın 5 metr dərinlikdən çıxarılması üçün ətrafda yaşayan sakinlər təhlükəsizlik məqəsdi ilə təxliyyə ediliblər. Həmin ərazidə avtomobillərin hərəkəti dayandırılıb. İkinci Dünya Müharibəsindən qalma bomba torpağın altından çıxarılaraq, zərərsizləşdirilməsi üçün aparılıb. 

Məlumat üçün bildirək ki, Almaniyanın Şimali Reyn Vestfaliya əyalətində İkinci Dünya Müharibəsindən qalmaq xeyli sayda partlamamış bomba var.

 Foto  © Xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar