Kölndə “Erməni terroruna yox” adlı aksiya keçiriləcək 

  • Avropa
  • 12 Okt 16:11
  • 471 Oxunma
img
+    -

Almaniyada yaşayan həmvətənlərimiz Kölndə “Erməni terroruna yox” adlı aksiya keçirəcək. Xeber.de-nin məlumatına görə, aksiya oktyabrın 16-ı, saat 14:00-da tarixi Köln kafedralının yanında (Kölner Dom Roncallipkatz)  baş tutacaq. Şəhər rəhbərliyi ilə razılaşdırılmış aksiyada “Qarabağ Azərbaycanındır!”, “Gəncə Azərbaycanındır!”, “Azərbaycan müharibə istəmir!”, “Erməni terroruna və işğalına yox!” və s. kimi şüarlar səsləndiriləcək. 
Təşkilatçılardan verilən məlumata görə, aksiyanın məqsədi Ermənistan silahlı qüvvələrinin azərbaycanlı mülki əhalini hədəfə alan təxribatlara, eyni zamanda illərdir bu ölkənin Azərbaycan torpaqlarını qanunsuz olaraq işğal altında saxlamasına diqqət çəkmək olacaq. Təşkilatçılar eyni zamanda Almaniyadakı Türkiyə dərnəklərini aksiyaya dəstək olmağa çağırıb. 

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar