Kölndə Ordumuza dəstək aksiyası keçiriləcək

  • Avropa
  • 17 İyl 18:39
  • 377 Oxunma
img
+    -

Almaniyanın Köln şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçiriləcək. Bu barədə  Xeber.de –yə Almaniyada fəaliyyət göstərən Alman - Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Naibə Hacıyeva məlumat verib. 
“Aksiyamız iyulun 19-u, saat 13:00-da tarixi Köln Kafedralının qarşısında baş tutacaq. Artıq aksiya ilə bağlı bütün hazırlıqlar tamamlanıb. Aksiyanın məqsədi Ordumuza dəstək, eyni zamanda Ermənistanın illərdir davam edən işğalçı və təcavüzkar siyasətini nümayiş etdirmək olacaq” – deyə, N.Hacıyevə bildirib.

Diaspor təşkilatının sədri vurğulayıb ki, Tovuzda baş verən olaylarla bağlı rəhbərlik etdiyi təşkilat adından Almaniyanın baş naziri Angela Merkelə və Avropa Birliyinə məktub yollayıb: “Məktubda qeyd etmişik ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində beynəlxalq səviyyədə tanınan ərazisinə artilleriya atəşi edərək təxribatlar törədir. Hansı ki, hazırda bütün ölkələr “Covid-19” pandemiyasına qarşı birlikdə mübarizə aparır. Bu, Ermənistanın Azərbaycana təcavüzünün və 1994-cü ildə razılaşdırılmış atəşkəsin yenidən pozulmasının əyani sübutudur. Şəhidlərin sayı 4 nəfər yüksək səviyyəli hərbi qulluqçu da daxil olmaqla 11 nəfərə çatıb. Ermənistan ordusu karantin və müharibə qaydalarına məhəl qoymur, Azərbaycana hücum edir və mülki əhalinin həyatına təhlükə yaradır. Azərbaycan hər zaman olduğu kimi, ərazisini qoruyur və bu şəkildə hər şey etməyə hazırdır.
Ermənistan tərəfindən törədilən son təcavüz aktını növbəti təxribat hadisəsi kimi dəyərləndiririk. Bütün bu baş verənlərə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır. Biz Ermənistanın vəhşiliklərini, təxribatçı əməllərini pisləyirik və qanun qarşısında cavab verməsini tələb edirik. Bütün Avropa və dünya ictimaiyyətini Ermənistanın qanun pozuntularını qınamağa çağırırıq".

N.Hacıyevə qeyd edib ki, təşkil edəcəkləri aksiya Köln şəhər rəhbərliyi ilə razılşdırılıb.  

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar