Kölndə Ordumuza dəstək aksiyası keçirilib - VİDEO

  • Avropa
  • 19 İyl 19:12
  • 838 Oxunma
img
+    -

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərində Azərbaycan Ordusuna dəstək məqsədi ilə aksiya keçirilib. Xeber.de -nin məlumatına görə, Köln kafedralı qarşısında baş tutan aksiyada Almaniyanın müxtəlif əyalətlərində yaşayan həmvətənlərimizlə yanaşı Türkiyə vətəndaşları da iştirak ediblər. 

Dövlət himnimizin səsləndirilməsindən sonra bildirilib ki, aksiyadan əvvəl bir qrup erməni təxribat törətməyə cəhd edib. Polis əməkdaşlarına dərhal bur barədə məlumat verildikdən sonra onlar ərazidən uzaqlaşdırılıblar. 

Aksiyada “Qarabağ Azərbaycandır”, “Azərbaycan-Türkiyə”,  “Erməni terroruna son!”, “Ordumuza dəstəyik”  kimi şüarlar səsləndirilib. 

Daha ətraflı VİDEOREPORTAJDA :

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar