Kölndə Zəfər Günü sərgisi keçirilib - VİDEO

  • Avropa
  • 07 Noy 08:43
  • 121 Oxunma
img
+    -

Almaniyanın Köln şəhərindəki tarixi katedral qarşısında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş aksiya keçirilib. Xeber.de-nin məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Alman-Azərbaycan Mədəniyyət Evi və Köln Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı “Qarabağ Azərbaycandır!” şüarı ilə fotosərgi də nümayiş etdirilib.
Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallara və məlumatlara diqqət cəlb edilib. Kölndə yaşayan tarzən Vahid Məmmədovun ifasında Azərbaycan musiqisi səsləndirilib.

Oxşar yazılar