“Kölndəki görüşdə müxalif partiyaların üzvləri də iştirak edirdi” – diaspor sədri (VİDEO)

  • Avropa
  • 01 Sen 09:08
  • 478 Oxunma
img
+    -

Avqustun 29-da Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Kölndə fəaliyyət göstərən Azərbaycan icması ilə görüşü baş tutub. Xeber.de-nin məlumatına görə, görüşdə Köln şəhəri və ətrafında yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan həkim soydaşlarımız, Türkiyənin Kölndəki konsulluğunun əməkdaşları, türk diasporunun və KİV-lərinin təmsilçiləri iştirak ediblər. 
Görüşün detalları ilə bağlı Xeber.de-yə danışan Alman–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da qatıldığı görüşdə Vətən Müharibəsindən sonra görüləcək işlər müzakirə olunub. Çıxışı zamanı diaspor təşkilatı nümayəndələrinin koordinasiyalı iş görməməsi, Azərbaycan evlərinin fəaliyyəti ilə bağlı irad və təkliflərini komitə sədrinə çatdırdığını söyləyən N.Hacıyeva görüşdə Azərbaycandakı müxalif siyasi partiyalarının nümayəndələrinin də iştirak etdiyini söyləyib. 
N.Hacıyeva bir müddət əvvəl Azərbaycan mətbuatında komitə sədri F.Muradovla bağlı səsləndirdiyi tənqidi fikirlərə aydınlıq gətirərək, sədrin bəzi məsələlərdən xəbərdar olmadığını söyləyib. 
Ətraflı VİDEO-da: 

Oxşar yazılar