Koronavirus Almaniyada 1.8 milyon insanı işsiz qoya bilər

  • Avropa
  • 25 Mar 12:53
  • 258 Oxunma
img
+    -

Mərkəzi ofisi Münhen şəhərində yerləşən İqtisadi Təhqiqatlar Mərkəzinin (ifo) hazırladığı hesabata görə, Almaniyada böhranın vurduğu zərər yarım trilyon avrodan çox olacaq. Xeber.de-nin məlumatına görə, alman iqtisadçılarının fikrincə, koronavirus epidemiyası səbəbindən bir milyondan çox insanın işini itirməsi mümkündür və bu da məşğulluq bazarlarına mənfi təsir göstərəcək.

İnstitutun rəhbəri Clemens Fuest bazar ertəsi günü bildirib ki, koronavirusun vurduğu zərər son illərdəki iqtisadi böhranlar və ya təbii fəlakətlərin nəticələrindən qat-qat çox olacağı proqnozlaşdırılır.

Fuest qeyd edib ki, ssenarilərdən asılı olaraq, Almaniya iqtisadiyyatı 7,2 ilə 20,6 bal arasında daralacaq.

İş dünyasında ciddi sıxıntıların baş verə biləcəyini ifadə edən Fuest, istehsaldakı tərəddüdün böyük itkilərə səbəb olacağını bildirib.

Bu vəziyyətin dövlət büdcəsinə ağır yüklər gətirəcəyini bildirən iqtisadçı Almaniyada növbəti iki ay ərzində iqtisadiyyatın qismən daralması nəticəsində dəyən zərəri 255 milyard avro ilə 495 milyard avro arasında dəyişcəyini vurğulayıb. Bu növbəti üç ay üçün  354 milyard avro ilə 729 milyard avro arasında ola bilər. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar