Koronavirus Almaniyanın turistik məkanlarını “vurdu” - VİDEO

  • Avropa
  • 22 Apr 03:20
  • 116 Oxunma
img
+    -

Koronovirus pandemiyasının həyatı durdurduğu Almaniyada ən çox zərər görən sahə sözsüz ki, turizmdir. Xeber.de-nin məlumatına görə, muzey və tarixi məkanların pandemiya səbəbindən turistlərin üzünə qapadılması ölkənin milyardlarla avro itirməsinə səbəb olub.

Almaniyanın Bonn şəhərinin “Köhnə şəhər” (Alt Stadt-almanca) deyilən ərazisindəki “Breite” küçəsində də hər il bu vaxt olan qələbəlik hiss olunmur. Buna səbəb həm avtomobillərin, həm də piyadaların gediş-gəlişinin intensiv olduğu bu küçədə 1,5 metrlik sosial məsafənin təmin edilməsinin çətin olmasıdır.

1990-cı ilə qədər Almaniyanın “Hökümət mərkəzi” olan Bonn şəhərinin bu küçəsi hər il iki həftəliyə on minlərlə ziyarətçi qəbul edir. Səbəb aprel ayının sonundan mayın əvvəlinə kimi açan “Yapon gilası” deyilən ağacın çəhrayı və ağ rəngli çiçəkləridir.  Çox möhtəşəm bir fon yaranır. Həvəskar və professional fotoqraflar bu mənzərəni qaçırmaq istəmirlər. Təbii ki, bəzən havanın yağışlı olması və küçənin nəqliyyatın hərəkətinə açıq olması ziyrətçilərin kefinə soğan doğrayır.

Çiçək tuneli…

Küçədə gəzərkən özünüzü çiçəklərlə əhatəli bir tüneldən keçmiş kimi hiss edirsiniz. May ayının əvvəlinə kimi davam edən bu mənzərəyə baxmağa gələnlər arasında çoxluğu Asiya qitəsindən olan turistlər təşkil edir.

Bonn şəhər bələdiyyəsi 2016-ci ildə şəhərin digər küçə və parkalarına da “Yapon gilası” ağacı əkdirib. Şəhər ətrafında bu ağacların sayı 500-dən çoxdur.

Bəzi fotostudiyalar isə, bu küçədə çəkilmiş fotolarla bağlı hər il müsabiqə keçirir. Ən yaxşı və maraqlı fotonu çəkənlər fotostudiyalar tərəfindən mükafatlandırılırlar.

1980-ci ildə  “Breite” keçəsində əkilən “Yapon gilası” ağacları şəhər bələdiyyəsi tərəfindən xüsusi qorunur.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar