Koronavirus bu ölkədə 8 milyon insanı işsiz qoyub

  • Avropa
  • 12 Apr 02:32
  • 139 Oxunma
img
+    -

Fransada yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən ölənlərin sayı 13 min 832 nəfərə yüksəlib. Xeber.de-nin məlumatına görə, virusa yoluxanların sayı son 24 saatda 3 min 114  nəfər artaraq 93 min 790-ə çatıb. Ölkədəki qocalar evlərində virusa yoluxanların sayı da 35 min 864-ə yüksəlib. 

Hazırda xəstəxanalarda 6 min 883 nəfəri reanimasiya şöbəsində olmaqla, 31 min 120 nəfərin müalicəsi davam etdirilir. 

Epidemiya səbəbiylə son 24 saat ərzində xəstəxanalarda 353 nəfər, qocalar evlərində isə, 290 nəfər ölüb.

Fransanın əmək naziri Muriel Penicaud verdiyi açıqlamada bildirib ki, ölkədə işsizlərin sayı 8 milyona yüksəlib.

Nazir işdən çıxarılanların ümumi maaşının 70 faizini işsizlik müavinəti olaraq dövlətdən alacaqlarını bildirib. 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar