Maşinist huşunu itirdi: tramvay relsdən çıxdı - VİDEO

  • Avropa
  • 22 Dek 21:26
  • 259 Oxunma
img
+    -

Almaniyada sərnişinlə dolu tramvay relsdən çıxıb. Xeber.de-nin məlumatına görə, hadisə Bonn şəhərində qeydə alınıb. Belə ki, Sankt-Augustindən Bonn istiqamətinə gedən tramvayı idarə edən maşinist qəfil huşunu itirib. Tramvayın Mülldorf stansiyasında dayanmadığını görən sərnişinlər vaqonda fövqəladə hallar üçün nəzərdə tutulan əyləci çəkiblər. 

Lakin vaqonlardakı əyləclərin çoxu çalışmayıb. Relsdən çıxan tramvayı sərnişinlərdən biri maşinist kabinəsinin şüşəsini sındırıb oraya daxil olandan sonra durdurmaq olub. 

Xoşbəxlikdən sərnişinlər arasında xəsarət alan olmayıb. Hadisə yerinə çoxlu sayda təcili yardım və polis avtomobilləri gəlib.

Huşunu itirən 47 yaşlı maşinist təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. 

Foto © Fərahim İlqaroğlu / xeber.de

Video © Einsatzfahrten und so

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar