Almaniyanın Bavariya əyalətində maska taxmayanlar 150 avrodan 5 min avroya qədər cərimə ediləcək. Xeber.de-nin məlumatına görə, Almaniyada bazar ertəsi günündən etibarən mağazalarda və ictimai nəqliyyatda maska taxmayanlara cəza təyin olunub. Təyin olunmuş yerlərdə maska taxmayanlar 150 avro, işçiləri maska taxmayan mağaza sahibləri isə, 5 min avroya qədər cərimə ediləcək. Mayın 4-dən etibarən Almaniyada tədricən məktəblərin açılması da planlaşdırılır.
“Almaniya Kuboku” təxirə salındı
23 mayda baş tutması planlaşdırılan “Almaniya Kuboku” “Covid-19” səbəbiylə təxirə salınıb. Almaniya Futbol Federasiyasından (DFB) verilən açıqlamada “Almaniya Kuboku” final matçının keçiriləcəyi vaxtın hələ məlum olmadığı bildirilib.
Foto © Xeber.de
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!