Məğlubiyyətdən sonrakı Almaniya - VİDEO

img
+    -

2000 illik tarixi ilə Bonn Almaniyanın ən qədim şəhərlərindən biri sayılır. Xeber.de-nin məlumatına görə, Bonn və ətrafı tarixi abidələrlə zəngin olmaqla yanaşı müasirliyi də özündə cəmləyib. Bonn həm də muzeylər şəhəri sayıla bilər. Bu şəhərdə çox sayda muzey yerləşir və onlardan ən məşhuru hər il 850 mindən çox insanın ziyarət etdiyi (Haus der Geschichte) “Tarix Evi”dir.

“Willy-Brandt-Allee 14“ (53113 Bonn) küçəsində yerləşən muzeyə getmək isə olduqca asandır. Hətta Sieqburq və Bonn şəhər mərkəzi istiqamətində gedən metro ilə (U-Bahn) çox rahatlıqla muzeyə gedə bilərsiniz. Bonn və Köniqsvinter istiqamətində gedən metronun “Heussallee/Museumsmeile” stansiyasında düşüb birbaşa muzeyə daxil ola bilərsiniz. Bu da ziyarətçilərin rahatlığı üçün düşünülüb. Muzeyə giriş və şəxsi əşyalarınızın saxlanılması üçün anbar pulsuz təklif olunur.

Muzey 1945-ci ildən indiyə kimi bir çox dəyərli eksponatlara ev sahibliyi edir. 1986-ci ildə inşasına başlanılan muzey 1994-cü ildə birləşmiş Almaniyanın ilk kansleri olan Helmut Kol tərəfindən açılıb.

Muzeydə İkinci Dünya Müharibəsi və ondan sonrakı illərə aid olduqca qiymətli eksponatlar sərgilənir.

Burada çalışan bələdçilər sizə almanca və ingiliscə məlumat verirlər. Eyni zamanda muzeydə sərgilənən eksponatlar 1945-ci ildən indiyə kimi xronoloji ardıcıllıqla düzüldüyündən, gəzərkən yorulmursunuz. Ən əsası isə, müasir Almaniyanın 74 ilə necə qurulduğunun şahidi olursunuz.

 

Foto ©  xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL!