Merkelin gedişi miqrant siyasətini dəyişə bilərmi? -VİDEO

img
+    -

Almaniya 26 sentyabrda həm yeni bir federal parlament formalaşdıracaq, həm də yeni baş nazirini seçəcək. 16 illik baş nazirliyi müddətində ölkənisini bir neçə böhrandan çıxarmağı bacaran Angela Merkel gedir, daha namizəd olmayacaq… Ölkədə koalisiya quran partiyaların ən güclüsü ənənəvi olaraq kansleri, yəni ölkənin baş nazirini seçəcək. Almaniyanın ən böyük üç pariyası baş nazirliyə öz namizədlərini müəyyən edib. Bunlar Xristian Demokrat və Xristian Sosial İttifaqının namizədi (CDU,CSU) Armin Laşnet, Merkelin müavini və ölkənin maliyyə naziri, Sosial Demokrat Partiyasından olan Olaf Şholz və Merkeldən sonra Federal Almaniya tarixində baş nazirliyə Yaşıllar Partiyasından namizəd Annalena Baerbokdur…

Keçirilən anket sorğularının nəticəsi göstərir ki, yeni koalisyon hökumətini SPD-nin qurması olduqca yüksəkdir. Sel fəlakətindən əvvəl isə, anketlərin birincisi Armin Laşnet idi. Almaniya prezidentinin sel bölgəsini ziyarət etməsi zamanı gülərək görüntülənməsi onu geri atdı….

Almaniyanın “Miqrant Siyasəti”ndə nə dəyişiklik olacaq?

Bəs yeni hökumətin qurulmasından sonra Alamaniyanın miqrant siyasətində dəyişiklik ola bilərmi? Çünki anket nəticələrində miqrantlara qarşı sərt mövqeləri ilə bilinən Almaniya üçün Alternativ (AfD) Partiyasının yüksəlişini də müşahidə edirik. Sualımızı Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev və Almaniyada fəaliyyət göstərən "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının sədri Rafiq Təmrazov cavablandırıb…

Ötən həftə Almaniya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Əfqanıstandan daha 4587 nəfər Almaniyaya gətirilib. Onlardan 3849 nəfəri Əfqanıstan vətəndaşıdır. Almaniyaya gələn əfqanlar arasında vaxtı ilə müxtəlif cinayətlər törədərək, ölkəsinə deportasiya edilən şəxslər də var. Həttda onlardan biri 9 yaşlı öz qızına təcavüz etdiyinə görə, Almaniyada 8 il həbs cəzası çəkdikdən sonra Əfqanıstana deportasiya edilən Sardar Mohammeddir. Qanunla onun Almaniyaya girişinə 2026-c ilə qədər qadağa qoyulsa da, ötən gün Almaniyaya gələnlər arasında o, da olub. Federal Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Almaniyaya gətirilən Əfqanıstan vətəndaşlarından 200-ndə şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmayıb.

Azərbaycanın diaspor quruculuğu siyasəti dəyişir?

Vətən Müharibəsindən sonra Azərbaycan hökumətinin diaspor quruculuğu siyasəti dəyişmək  fikrində olduğu müşahidə edilir. Azərbaycan Disporla iş üzrə Dövət Komitəsinin üzvləri və sədri Fuad Muradovun Belçika, Niderland və Almaniya səfərləri buna nümunə ola bilər. Bəs, görəsən cənab Muradov nədən narazıdır, nəyi dəyişmək istəyir?

Çünki bir tərəfdə də, əvvəllər komitə tərəfindən layihələri dəstəklənən ancaq, indi kənarda qalan dispor təşkilatları var. Komitə isə, deyir ki, fond yaradılıb, buyur layihəni təqdim elə, maliyyələşdirək. Layihədən söhbət düşmüşkən bir şeyi də qeyd edim. Açığı bunu eşidəndən elə də təəcüblənməmişdim. Deməli Nazim İbrahimov komitə sədri olan zamanı Almaniyada tibb bacısı, bərbər və maşın ustası olan şəxslərin adı ilə külli miqdarda vəsait mənimsəlinib.Təbii ki, deyə bilərsiniz ki, hər bir vətəndaşın peşəsindən aslı olmayaraq diaspora fəaliyyəti ilə məşğul olması onun qanuni haqqıdır. Bəli… Ancaq mənim nəzərdə tutduğum bu deyil. Bu adamların keçirilən tədbirlərdən xəbərləri olmayıb, sadəcə yekunda məbləğin kiçik bir hissəsini götürürək, müvafiq sənədləri imzalayıblar.

Komitənin Azərbaycan icması ilə Kölndə keçiridiyi görüşdə iştirak edən  Alman–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun da qatıldığı görüşdə Vətən Müharibəsindən sonra görüləcək işlər müzakirə olunub. Çıxışı zamanı diaspor təşkilatı nümayəndələrinin koordinasiyalı iş görməməsi, Azərbaycan evlərinin fəaliyyəti ilə bağlı irad və təkliflərini komitə sədrinə çatdırdığını söyləyən N.Hacıyeva görüşdə Azərbaycandakı müxalif siyasi partiyalarının nümayəndələrinin də iştirak etdiyini söyləyib. İndiyə qədər isə, Avropada intellektual, aktiv diaspora fəaliyyəti ilə məşğul olan şəxslər siyasi fikirlərinə görə, kənarda saxlanılmışdı.

© Xeber.de