Meşədə pulla dolu çanta tapdı, polisə təhvil verdi

  • Avropa
  • 30 Dek 02:29
  • 389 Oxunma
img
+    -

Almaniyanın Krefeld şəhərindəki meşəlik ərazidə içində pulla dolu çanta tapan şəxs onu polisə təhvil verib. Xeber.de-nin məlumatına görə, meşədə iti ilə gəzən şəxs yol kənarına atılmış bir çanta tapıb. O, çantanın içində pul olduğunu görəndən sonra yaxınlıqdakı polis şöbəsinə gedib. Polis şöbəsində məlum olub ki, tapılan çantanın içində 16 min avro var. 

Artıq həmin ərazidə yaşayan 63 yaşlı bir şəxs içində pul olan çantasını itirməsi ilə bağlı polisə müraciət edib. 

Foto ©  xeber.de

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL!

Oxşar yazılar