MSK-nın qarşısındakı aksiyada saxlanılanlar Kürdəmirə və Yevlaxa aparıldılar - FOTO

img
+    -

Bu gün bir qrup deputatlığa namizədin növbədənkənar parlament seçkilərinin nəticələrinə etiraz olaraq Mərkəzi Seçki Komissiyasının inzibati binasının qarşısında keçirdiyi aksiya ilə əlaqədar saxlanılanlar sərbəst buraxılıblar.
Demokrat.az-ın xəbərinə görə, saxlanılan deputatlığa namizədlərdən D 18 Hərəkatının sədri Ruslan İzzətlini Yevlaxda, bloqer Mehman Hüseynovu və siyasi fəal Ülvi Həsənlini Kürdəmirdə, siyasi fəal Rəbiyyə Məmmədovanı Qobustanda, siyasi fəal Yadigar Sadıqlını Ələtdə sərbəst buraxılıblar.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda bildirilib ki, bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib. Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar. Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.(Pravda.az)

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar