Mühacirlər Berlində Ordumuza dəstək aksiyası keçirəcək

  • Avropa
  • 17 İyl 20:52
  • 203 Oxunma
img
+    -

Almaniyada yaşayan siyasi mühacirlər iyulun 20-də Berlindəki Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər. "Kölgə" Yardım Birliyinin təşkilatçılığı ilə keçirilən aksiyada bir neçə gün əvvəl Azərbaycan sərhəddində işğalçı Ermənistan tərəfindən başlanan döyüşlərə Azərbaycan dövlətinin reaksiyasına etiraz ediləcək. Birliyin sözçüsü, siyasi mühacir Röya Rəfiyeva aksiya ilə bağlı Xeber.de-yə bildirib ki, aksiyaya mühacirlər ordumuza dəstək, həmçinin hakimiyyətdən şəhidlərimizin intiqamını, işğal olunan torpaqların geri alınmasını tələb etmək üçün toplaşacaqlar. 

"Ermənilər iyulun 12-dən Azərbaycan Respublikası Dövlət Sərhədini pozaraq hərbçilərimizə hücum edərək  yüksəkçinli zabit və əsgərlərimizi şəhid ediblər. Bu hücum beynəlxalq hüquqa zidddir və müharibənin məhz Ermənistan tərəfindən başladıldığıni bəyan edir. Dərhal və təxirəsalınmaz hərbi əməliyyatlar başlanılmalı, şəhidlərimizin intiqamı alınmalıdır. İşğalçı orduya layiqli cavab verilməsə, Azərbaycan daha təslimçi vəziyyətə düşəcək, dövlət kimi mövcudluğunu itirə bilər. İşğal olunmuş torpaqları geri almaq üçün dövlət başçısı İlham Əliyev döyüş əmri verməlidir. Aksiyada əsas şüarlar "İstefa, İlham", "Biz ölərik, sən yaşa Vətən" olacaq",- deyə R.Rəfiyeva bildirib.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar