Almaniyanın Münhen şəhər bələdiyyəsi gecə saat 22-06 radələrində taksiyə minən qadınlara 5 avro dəstək verəcək. Xeber.de - nin məlumatına görə, 2020-ci ilin mart ayından etibarən 16 yaşından böyük qadınlar taksiyə minən zaman, bələdiyyə tərəfindən onlara verilən kuponu sürücüyə göstərməklə 5 avoluq endirimdən yararlanacaqlar.
Layihənin məqsədi qadınların gecə saatlarında özlərini kişilər kimi daha təhlükəsiz hiss etmələrini təmin etməkdir. Belə ki, 2015-ci ildə Münhendə keçirilən sorğu zamanı məlum olub ki, bu şəhərdə yaşayan qadınların 74 %-i gecələr küçələrin onlar üçün təhlükəli olduğunu düşünürlər.
Kişilərdə bu rəqəm 48 % olaraq qeydə alınıb.
Sistem necə işləyəcək?
Qadınlar 5 avroluq endirim kuponlarını bələdiyyələrdən, sosial evlərdən və şəhər məlumat mərkəzlərndən ala biləcəklər. Kuponlar gecə saat 22-dən səhər saat 6-a qədər istifadə olunan taksi xidmətlərinə görə veriləcək.
Kuponlar yalnız ev adresləri üçün keçərli olacaq. Məslən, kimsə bir əyləncə mərkəzinə getmək üçün bu kuponu təqdim edərək, endirimdən yararlana bilməyəcək.
Foto © xeber.de