Almaniyada müsəlmanlara aid 13 məzar dağıdılıb. Xeber.de-nin məlumatına görə, hadisə ölkənin Aşağı Saksoniya əyalətində qeydə alınıb.
Qəbirstanlığı ziyarət edən bir nəfər bununla bağlı polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları araşdırmalara başlayıb.
Polisdən verilən məlumta görə, 13 qəbirdə məzar daşları sökülüb, güldanlıqlar qırılıb.
Məlumat üçün bildirək ki, keçən ilin dekabrında eyni məzarlıqdakı müsəlman qəbirlərinə xaç işarəsi çəkilmişdi.
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə QOŞUL!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!