Niderlanddan Azərbaycana könüllü qayıdanlara yardımlar verilib - FOTO

  • Avropa
  • 22 Yan 18:59
  • 1204 Oxunma
img
+    -

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Niderland Krallığından könüllü Azərbaycana qayıdanlara gəlir gətirən fəaliyyət qurmaq üçün dəstək verir. Qurumdan Xeber.de-yə bildirilib ki, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin müvafiq proqram işçiləri Mingəçevir, Bərdə, Kürdəmir və Ağsuya səfər edərək Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində Niderland Krallığından könüllü mənşə ölkəsinə qayıtmış şəxslərə reinteqrasiya yardımı göstəriblər. Layihə çərçivəsində könüllü geri qayıdan vətəndaşlar BMqT-nin dəstəyi ilə gəlir gətirən fəaliyyət sahəsinin qurulması məqsədilə iri və xırda buynuzlu heyvanları satın alıblar. Belə ki, Mingəçevirə qayıdan bir ailə 87 qoyun, digər bir ailə 21 buzov, Bərdəyə geri dönən şəxs süd və süd məhsulları istehsalı üçün 2 inək, Kürdəmirə qayıdan ailə 25 buzov, Ağsuya qayıdan şəxs süd və süd məhsulları istehsalı üçün 2 inək satın alıb. 

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda İsveçrə, Belçika, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Türkiyə və Latviyadan könüllü geri dönənlərə yardım fəaliyyətini göstərir. Ayrılmış reinteqrasiya vəsaitləri bir iş qurmaq, mövcud biznesə sərmayə qoymaq, təhsil almaq, habelə müvəqqəti yaşayış üçün istifadə edilə bilər.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar