Oturum kartını kirayəyə götürən şəxs hakim qarşısına çıxarıldı

  • Avropa
  • 04 Dek 02:24
  • 201 Oxunma
img
+    -

Fransada başqasına aid oturum kartı ilə işləyən şəxs hakim qarşısına çıxarılıb. Xeber.de-nin məlumatına görə, ötən gün Blois məhkəməsində keçirilən proses zamanı məlum olub ki, 10 illik oturum kartına sahib Konqo vətəndaşı ölkəsinə qayıdaraq kartını dostuna aylıq 800 avroya icarəyə verib. 

Başqasının oturum kartı ilə iş tapma bürosu olan “İnterim”ə müraciət edən şəxs qısa müddətdə 1300 avro maaşlı bir iş tapıb. 

Frıldağın üstü isə, oturum kartının müddətinin dolmasından sonra açılıb. 

Məhkəməyə çıxarılan şəxsin vəkili bildirib ki, müdafiə etdiyi şəxs əslində zərərçəkəndir. Dostu onun çətin vəziyyətindən yararlanıb. Onun tək istəyi Fransada oturum kartı sahibi olmaq və işləmək olub. Keçən bu müddətdə çox yaxşı inteqrasiya olan şəxs eyni zamanda sosial layihələrdə könüllü olaraq çalışıb. 

Məhkəm prosesi şəxsin oturum kartı ilə bağlı etidiyi müraciətin cavabını gözləməklə bağlı qərar verib. 

 

Oxşar yazılar