Almaniyanın bütün böyük şəhərlərində olduğu kimi Bonnda da yeni il yarmarkası fəaliyyətə başlayıb. Xeber.de-nin məlumatına görə, dekabrın 31-ə kimi davam edəcək bu yarmarkalara maraq həddindən artıq böyükdür. Bu ilki yarmarkanı əvvəlkilərdən fərqləndirən isə, koronavirus pandemiyasına görə 2G qaydası ilə fəaliyyət göstərməsidir. Yalnız peyvənd olunan və virusa yoluxub, sağalanların yarmarkanı gəzmələrinə icazə verilir. Maska taxmaq və 1.5 metrlik sosial məsafəni qorumaq da şərtdir.
İsti şərab, közdə donuz əti qızartması, çörəkarası donuz sosiskası, kartof qızartması və s. kimi alman ənənəvi yeməklərinin də təqdim edildiyi yarmarkada hədiyyəlik əşyalar və yolka üçünü aksesuarlar satılır.