Pul və bank kartları ilə dolu “kaşlyok” tapıb, sahibinə verdi

  • Avropa
  • 13 Yan 00:52
  • 337 Oxunma
img
+    -

Almaniyanın Mayns şəhərində içində təxminən min avro və bank kartlarının olduğu “kaşlyok” tapılaraq sahibinə verilib. Xeber.de-nin məlumatına görə, “kaşlyok” bir qadın tərəfindən tapılaraq sahibinə verilib, mükafatı isə, qəbul etməyib. 

Məum olub ki, qadın pul və bank kartlarının olduğu “kaşlyok”unu dəmiryolu vağzalının yaxınığındakı bir bankomatın yanından tapıb. 

Polisə gedən qadın, “kaşlyok”u onlara təslim edib. İki gün sonra “kaşlyok” sahibi tapılıb və o, tapan şəxsə mükafat verməsi üçün polisdən kömək istəyib. Lakin “kaşlyok”u tapan qadın pul mükafatını istəmədiyini bildirib.

Almaniyada yolda tapdığınız pulu sahibinə versəniz, pul sahibi qanuni olaraq 500 avroya qədər məbləğin 5 %-ni, 500 avrodan çox üçün isə, məbləğin 3 %-ni mükafat olaraq vermək məcburiyyətindədir (§971 BGB).

Yolda tapdığınız pulu və ya “kaşlyok”u polisə təslim etməsəniz, pul cəriməsi ilə yanaşı, 3 ilə qədər də, həbs cəzasına məhkum edilə bilərsiniz (§246 StGB). 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar