Rusiyalı siyasətçi Aleksey Navalnı həbs edilsə də, onun rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondu fəaliyyətini davam etdirir. Bu gün “Navalny live” "Youtube" səhifəsində Rusiya prezidenti Vladimir Putinin aldığı ən böyük rüşvət və Qara dəniz sahilində onun üçün tikilmiş, qiyməti təxminən milyard dollara yaxın olan saray haqda araşdırma yayımlanıb. Videoya 4 saat ərzində 3 milyondan artıq tamaşaçı baxıb. Həmin araşdırmanı təqdim edirik:
Aleksey Navalnı yanvarın 17-də Şeremetyevo hava limanında – Almaniyadan qayıtdıqdan dərhal sonra saxlanılıb. O, ötən ilin avqust ayında "Noviçok" kimyavi preparatı ilə zəhərlənməsindən sonra təxminən beş ay Almaniyada müalicə alıb.
Mənbə © Basta
Bizim Telegram kanalımıza Abunə olun!
Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə QOŞULUN!
Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!