Qazilər niyə intihar edir? - VİDEO

img
+    -

Siraqəddin Cabbarov düz 14 ildir ki, icra başçısı vəzifəsində çalışır. 3 ildir ki, Sabirabad rayonuna başçılıq edir. Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, “Mauqli” ləqəbli Vətən Müharibəsi qazisi Elvin Cəfərov bu icra başçısı tərəfindən təhqir olunmasını həzm etməyərək, həyatına son qoydu. E.Cəfərov İkinci Qarabağ Müharibəsində göstərdiyi şücaətə görə 8 medalla təltif olunmuşdu. 

+++

"Dövlət" ərəb mənşəli sözdür, mənası da müəyyən sərhədlər daxilində yaşayan xalqın xüsusi sistemlə idarə olunmasını müəyyənləşdirən siyasi quruluş deməkdir. Bizdə xalq var, sərhədlər müəyyən olunub, lakin dövlət yoxdur. Olmayan dövlət də vətəndaşına nə təhsil verə bilir, nə tibbi xidmət, nə iş, nə də ki, hüquq və azadlıq. Ölkə faktiki olaraq xanlıqlara bölünüb. Harda maşennik, vicdansız, şəxsiyyətsiz, zir-zibil varsa, idarəedici orqanlarda təmsil olunurlar. 
Bu qazimiz də Siraqəddin Cabbarov kimi zibil bir məmurun qurbanı oldu. Hələ utanmaz-utanmaz gəlib yasında oturub, mərhum qazini ruhi xəstə kimi qələmə verib, özünü haqlı çıxarmağa çalışıb. Üstəlik necə  qorxubsa, Bakıdan rayona polis qüvvələrini dəvət edib. Özünə polisdəm canlı sipər çəkdirib.

+++

İki ay sonra Vətən Müharibəsinin ikinci ildönümünü olacaq. Az qala hər gün İkinci Qarabağ Müharibəsi iştirakçıları  nazirliklərin, icra hakimiyyətlərinin qarşsısına toplaşıb, aksiya keçirib, haqlarını tələb edirlər. İndiyə kimi 36 qazi məruz qaldıqları haqsızlığa etiraz edərək həyatına son qoyub. 50-ə yaxın qazi isə, intihara cəhd edib.
Bütün bu hadisələrə səbəb olan Sahil Babayev kimi nazirlərə, Siraqəddin Cabbarov kimi icra başçılarına indiyə kimi “gözün üstə qaşın var” deyən olmayıb. 

+++

Şəhid ailələrinin , qazilərin problemlərini vətəndaşların ianələri hesabına yaradılan fondların ümidinə buraxmaq olmaz. Dövlətin bu məsələdə çoxdan vahid komissiyası olmalıdı idi. Hətta bunun üçün ayrıca bir dövlət qurumu da yaratmaq olardı. Müraciət edən şəxslərin problemləri də bürokratik əngəllər olmadan sürətlə həll olunmalı idi. 
Nazirlər, icra başçıları və digər məmurlar, qapınıza gələn qazini nəzakətlə qəbul edib, ona 5-10 dəqiqənizi sərf etmək bu qədərmi çətindir?
Birdəki facebookda, orda burda yazırlar…. "Ümid edirik"lə, "İnşallah"la indiyə kimi heç bir məmur cəzalandırılmayıb. Dananın ipinin kimin əlində olduğunu bilə-bilə bu qədər təvəzükarlıq yersizdir.

Oxşar yazılar