Ramin Əhmədov YAP-a və Erkin Qədirliyə qarşı niyə getdi? - İddia

img
+    -

16 saylı Yasamal ikinci seçki dairəsində deputatlığa namizədlərdən iki nəfər xüsusi diqqət çəkir. Xeber.de-nin məlumatına görə, onlardan biri ReAl-çı kimi tanınan, lakin bitərəf namizəd olan Erkin Qədirlidirsə, digər namizəd YAP-ın Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovdur. 

Hakim partiyanın bu dairədən namizədi Yasamalın gənclər və idman idarəsi rəisi İlham Səfərovdur. 

Amma partiyanın Nizami təşkilatının sədr müavini özfəaliyyət göstərərək, YAP-ın tövsiyələrinə zidd addım ataraq Yasamaldan deputatlığa iddiasını ortaya qoyub.

Halbuki, hakim partiya siyahıda olmayan YAP-çıların öz namizədliyini irəli sürməməyi tövsiyə etmişdi. 

Amma işin maraqlı tərəfi budur ki, R.Əhmədov nəinki partiyanın mövqeyinə qarşı addım atıb, üstəlik sədr müavini olduğu Nizami rayonundan yox, Yasamaldan seçkiyə qatılıb.

Bəzi analitiklərin fikrincə, bu dairədə Erkin Qədirliyə qarşı elə bir ciddi namizəd yox idi və YAP-ın irəli sürdüyü İlham Səfərovun da deputat olacağı gözlənilmirdi. Odur ki, qəflətən Ramin Əhmədov E.Qədirliyə rəqib olmaq qərarına gəlir. 

Çox maraqlıdır ki, MSK-nın saytında R.Əhmədov YAP-ın Nizami təşkilatının sədr müavini yox, “RX Sərdaroğulları holdinq” MMC-nin meneceri kimi göstərilib. 

Hərgah, R.Əhmədov partiya funksioneridir və özünü biznesmen kimi tqədim etmir, barəsində zaman-zaman səslənən ittihamları inkar edirdi.

Həmin ittihamlarda deyilirdi ki, R.Əhmədov Nizami rayon icra başçısı Arif Qasımovun “sağ əli”dir, Bakının Qara Qarayev prospektində yaşıllıqların məhv edilməsi, yerlərini satması, o cümlədən özünə obyektlər tikdirməsinin arxasında dayanır. 

Təbii ki, icra başçısı bu qanunsuzluqlarda ona ciddi dəstəyini verib. Hazırda Q.Qarayev prospekti boyunca yaşıllıq tapmaq müşkül məsələdir. 

Hamısı mağazalara qurban verilib. R.Əhmədovun “Vosmoy” bazarına qədər dükanları fəaliyyətdədir. 

Ancaq Nizami rayonuna qənim kəsilmiş YAP-çı nədənsə, oradan yox, Yasamaldan deputatlıq eşqinə düşüb və E.Qədirli ilə yarışmaq niyyətindədir. 

Metronun “Neftçilər” stansiyasının bütün çıxışları, “Vosmoy” bazarına gedən yolun hər iki tərəfi peşkəş olunub, dükanlar, ticarət mərkəzləri, müxtəlif iaşə obyektləri tikilib. Səkinin satılaraq yerində “LC WAIKIKI” geyim mağazının tikintisinə şərait yaradılması isə rəsmən xaos yaradıb. 

Piyadaların keçməyə yeri yox, TM-nin qarşısı avtoparka və taksi dayanacağına çevrilib, avtobuslar və maşınlar yolun iki zolağını zəbt ediblər, kimsə onlara “gözün üstə qaşın var” söyləmir və hər gün bu ərazidə tıxac, basabas yaşanır, yol qəzaları baş verir.

Bunun səbəbkarı isə səkinin satılması və magistral yolun iki zolağının qanunsuz olaraq avtoparka çevrilməsidir. 

Sakinlər deyirlər ki, bu qanunsuzluğa A.Qasımov icazə verib. R.Əhmədov isə onun Nizami rayonunda biznes şərikidir, xeyli obyektlərin sahibidir.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar