“Rusiya OMON-u sərhəddə gözləyən Azərbaycan vətəndaşlarına hücum edib”

  • Avropa
  • 16 İyn 12:54
  • 405 Oxunma
img
+    -

“Qadına, qocaya, uşağa baxmadan çox qəddar davranırdılar”

Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlarımız iyunun 15-dən 16-na keçən gecə OMON-un hücumuna məruz qalıb.

Məlumatı Meydan TV-yə sərhəddə olan Azərbaycan vətəndaşları verib.

Onların bilrdirdiyinə görə, 300-dən çox Azərbaycan vətəndaşı rəsmi Bakıya və Moskvadakı səfirliyə müraciət etsə də, ölkəyə buraxmırlar:

“Bizə hər dəfə təmkinli olub gözləməyi məsləhət görürlər. Halbuki, burada yaxınlarını itirənlər, ağır xəstəliklərdən əziyyət çəkənlər var. Əksəriyyətinin pulu da qurtarıb. Gecə gözlənilmədən bizə Rusiya OMON-u hücum etdi. Onlar qadına, qocaya, uşağa baxmadan çox qəddar davranırdılar. Eşitdiyimizə görə 2 nəfər ölüb”.

Mayın 18-də Dərbənddə ümumilikdə 900-ə yaxın Azərbaycan vətəndaşı var idi.

Mayın 18-də və 26-da quru sərhədindən Rusiyadan Azərbaycana 251 nəfər qayıdıb. Aprelin əvvəlindən Rusiyaya müvəqqəti gedənlər Azərbaycana qayıtmaq üçün sərhəddəki neytral zonada gözləyirlər.

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılıb.

Mənbə : Meydan TV

Foto : Meydan TV

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar