Rusiya sülhməramlıları Dağlıq Qarabağda - VİDEO

img
+    -

Ermənistana göndərilən Rusiya sülhməramlı hissəsinin hərbi qüvvələri atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi zonasındakı hərbi əməliyyatlara nəzarət etmək üçün tapşırıqları yerinə yetirəcəkləri əraziyə yollanıblar. Xeber.de Rusiyanın Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, artıq onlarn bir hissəsinin Qağlıq Qarabağdakı əməliyyat bölgəsində yerləşdirilməsinə başlanılıb. “Hərbi kolonlar 250 km-dən çox yol qət etməli və Dağlıq Qarabağdakı təmas xətti boyunca, eləcə də Laçın dəhlizi boyunca Rusiya müşahidə postlarının yaradılması üçün sülhməramlı kontingent yerləşdirməlidir”, - nazirliyin yaydığı məlumatda belə deyilir.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət etmək üçün 1960 nəfərlik hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət Rusiya sülhməramlı kontingenti yerləşdirilir.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar