Rusiya vətəndaşlığı alan azərbaycanlıların sayı kəskin artıb - SİYAHI

  • Avropa
  • 04 Fev 03:10
  • 245 Oxunma
img
+    -

Ötən il 656,3 min əcnəbi Rusiya vətəndaşlığı alıb. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi açıqlayıb. Bildirilir ki, Rusiya vətəndaşlığını qəbul edən əcnəbilərin sayı rekord səviyyəyə yüksəlib. Son 2 ildə Rusiya pasportu alan əcnəbilərin arasında Ukrayna vətəndaşlarının sayı kəskin dərəcədə artıb. 2020-ci ildə Rusiya vətəndaşlığı alanların 62,4%-I və ya 409,5 min nəfəri Ukrayna vətəndaşları olub. Bundan başqa Rusiya pasportu alanların arasında aşağıdakı ölkələrin vətəndaşları üstünlük təşkil edib:


Tacikistan 63,4 min nəfər (9,7%),
Qazaxıstan 43,4 min nəfər (6,6%),
Ermənistan 30,5 min nəfər (4,7%),
Özbəkistan 23,1 min nəfər (3,5%),
Azərbaycan 21,9 min nəfər (3,3%),
Moldova 20,6 min nəfər (3,1%),
Qırğızıstan 11,9 min nəfər (1,8%),
Belarus 10,4 min nəfər (1,6%).


Qeyd olunur ki, 2019-cu illə müqayisədə 2020-ci ildə Rusiya pasportu alan Qazaxıstan vətəndaşlarının sayı 14% azalıb. Əvvəlki illə müqayisədə ötən il Rusiya pasportu alan Ukrayna vətəndaşlarının sayı  37%, Ermənistan vətəndaşlarının sayı 27%, Azərbaycan vətəndaşlarının sayı isə 62% artıb. Bunlardan başqa Rusiya vətəndaşı olmaq istəyənlər arasında 203 Almaniya, 148 ABŞ, 90 Yunanıstan, 86 İtalya, 78 Fransa, 70 Çin, 46 Polşa, 32 İngiltərə, 19 Kanada, 14 İspaniya, 12 Avstraliya, 12 Niderland, 7 İsveçrə, 6 İsveç, 5 Belçika, 4 Danimarka, 3 Norveç və 2 Portuqaliya vətəndaşı da olub.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar