“SEK” E.Ağayevin axtarışına cəlb olundu - VİDEO

  • Avropa
  • 30 İyn 02:37
  • 377 Oxunma
img
+    -

Almaniya Federal Daxili İşləri Nazirliyi nəzdindəki Xüsusi Tapşırıq Qrupu (SEK) 12 gündür qaçan azərbaycanlı Elçin Ağayevin axtarışına cəlb olunub. Buna səbəb isə, 36 yaşlı E.Ağayevin silahlı olmasıdır. Güman edilir ki, E.Ağayev cinayətdə istifadə etdiyi baltanı özü ilə gəzdirir. 
Qətl hadisəsi ilə bağlı da bəzi təfərrüatlar məlum olub. Belə ki, E.Ağayev 24 yaşlı Ukrayna vətəndaşı olan eks sevgilisinin hazırda birlikdə yaşadığı 39 yaşlı şəxsi balta ilə amansızcasına qətlə yetirib. Daha sonra uşaqlarını götürərək avtomobillə hadisə yerindək qaçmaq istəyib. Polislərin gəldiyini görən E.Ağayev cəld avtomobili tərk edərək, ərazidən uzaqlaşıb. Onu sonuncu dəfə bir avtobus dayanacağında görüblər. 
İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda isə, 75 yaşlı Witwe Marianne adlı qadının meyiti işlədiyi mağazada tapılıb.  Polisdən verilən ilkin məlumata görə, qadın xüsusi amansızlıqla qətlə yetirilib. Hadisə ilə bağlı araşdırma aparan müstəntiqlərdən biri deyib ki, hələlik bu iki cinayət arasında bir əlaqə tapılmayıb. 
Almaniya Federal Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edərək, şübəhli şəxs gördükləri təqdirdə, dərhal polisə məlumat vermələrini xahiş edib.
Nazirlikdən bildirilib ki, Elçin Ağayevlə bağlı məlumat verən şəxslər 5 min avroya qədər mükafatlandırılacaq. 

Xeber.de

Oxşar yazılar