“Şəxsi görüntüləri yaymaq siyasi baxımdan çox böyük əxlaqsızlıqdır” - İqbal AĞAZADƏ

img
+    -

“Şəxsi həyatı yaymaq, insanları şantaj edərək siyasətdən uzaqlaşdırmağa çalışmaq qəbuledilməzdir. Bu həm cəmiyyət üçün, həm də hakimiyyətin özü üçün yaxşı heç nə vəd etmir”.

Bunu “Toplum TV”-yə Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Sosial şəbəkədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin intim görüntüləri yayılıb. Bu barədə martın 28-də C.Həsənli şəxsi “Feysbuk” hesabında paylaşım edib.

O bu görüntülərin yayılmasında Azərbaycan hakimiyyətini ittiham edib. İqbal Ağazadə bunu qanuna zidd hərəkət adlandırıb, hadisədən məyus olduğunu bildirib: “Çox təəssüf edirəm ki, siyasi mübarizə və münasibətlər sistemi gəlib bu yerə çatıb. Konstitusiyaya görə, hər bir insanın şəxsi həyatı toxunulmazdır. Heç kimin yaşam tərzi müzakirə predmetinə çevrilə bilməz və buna görə kimsə qınana bilməz. Qeyri-qanuni şəkildə kiminsə ailə həyatına, yataq otağına burun soxmaq mənəvi dəyərlərə də uyğun gəlmir. Hesab edirəm ki, hakimiyyət məsuliyyəti üzərinə götürüb araşdırma aparmalıdır. Ya hakimiyyət bu addımı özünün atdığını təsdiq etməli, ya da bu işdə əli olmaması və mübarizənin bu yerə çıxmadısı ilə bağlı cəmiyyətə aydın bir fikir söyləməlidir. Belə bir addım atmaq siyasi cəhətdən çox böyük əxlaqsızlıqdır. Kim necə yaşayır, kim hansı həyat tərzini seçirsə, bu onun şəxsi işidir. Kiminsə həmin həyat tərzindən xoşu gəlmirsə, o cür yaşamasın, bu da onun seçimidir. Lakin şəxsi həyatı yaymaq, insanları şantaj edərək siyasətdən uzaqlaşdırmağa çalışmaq qəbul edilməzdir. Bu həm cəmiyyət, həm də hakimiyyət üçün yaxşı heç nə vəd etmir. Bu münasibətlər sistemi ilə yaxşı heç bir şey olmayacaq, bununla heç kim qazanmayacaq, əksinə, cəmiyyət və dövlət itirəcək”.

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar