Soydaşımız BAMF-ı məhkəmədə uddu - VİDEO

  • Avropa
  • 20 İyl 19:45
  • 149 Oxunma
img
+    -

Almaniya məhkəməsi sığınacaq axtaranların telefonlarının xüsusi qurğu və proqramla yoxlanılmasının qanunsuz olduğu ilə bağlı qərar verib. Xeber.de-nin məlumatına görə, Fərəhnaz adlı Güney Azərbaycanlı soydaşımız məhkəmədə 2018-ci ildə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) yerli şöbələrindən birində olarkən, telefonunun ondan analiz üçün alındığını qeyd edib.

Miqrasiya idarəsi işçiləri mobil telefonun yaddaşında olan foto, video, habelə zəng və elektron poçtları analiz edərək sığınacaq axtaranın gəldiyi mənşə ölkəsini müəyyən etməyə çalışıblar. Məhkəmə müəyyən edib ki, Fərəhnazın telefonu analiz edilərkən, ona aid şəxsi məlumatlar idarənin kompüterinə köçürülüb. Bu da “Şəxsi məlumatların qorunması” qanununa zidd hesab edilib.

Məlumat üçün bildirək ki, Almaniya 2018-ci ildən sığınacaq axtaranların gəldikləri mənşə ölkələrini müəyyən etmək üçün bu üsuldan istifadə edir. 

Foto ©  BAMF

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar