Suriyada nazir müavini vəzifəsinə kimi yüksələn İsrail agenti

  • Avropa
  • 01 Dek 01:13
  • 182 Oxunma
img
+    -

 

Eli Koen 1924-cü ildə Misirin İsgəndəriyyə şəhərində kasıb bir ailədə anadan olub. 1959-cu ilə qədər İsrailin kəşfiyyat və əməliyyatlar keçirən “Mossad” xüsusi xidmət orqanı üçün çalışıb. İsrail Ordusunda kəşfiyyat sahəsində işləyən Koen 1961-ci ildə Argentinaya göndərilib. Orada Kamal Emin Taybet kimi tanınıb.

Suriyaya qayıtdıqdan sonra Koen Qolan yüksəkliklərində olan Suriya Ordusuna aid hərbi hissənin əsgə və zabitlərinin etimadını qazanıb. Məxfi məlumatları radio və gizli məktublar vasitəsi ilə İsrailə çatdıran Koen bir çox yüksək səviyyəli suriyalı general ilə dostluq edib. Bəzi mənbələr onun Suriyanın eks prezidenti Əmin Hafizlə Buenos Ayresdə dost olduqlarını qeyd etsə də, Hafiz 2001-ci ildə verdiyi bir müsahibədə 1962-ci ildə Moskvada olduğunu deyərək, bu məlumatı təkzib edib.

Koen Suriya Ordusuna aid hərbi hissəyə yaxın bir ev icarəyə götürərək ötürücü köməyi ilə İsrailə xəbər göndərib. Həmin hərbi hissə də ötürücü vasitəsi ilə məlumat ötürdüyündən, Koenin göndərdiyi məlumatlar onlarla qarışaraq kamuflyaj olunub. 1965-ci ildə SSRİ Suriyaya hərbi yardım göstərib. Bu zaman Koenin kəşfiyyat məluatları ilə İsrail qırıcı təyyarələri Qolan təpələrində olan Suriya yeraltı hərbi bazalarını bombardman edib.  

Bu hadisədən sonra Suriya müdafiə nazirinin müavini olan Koen xüsusi ötürücü vasitəsi ilə İsrail məlumat ötürən zaman, evinə təşkil edilən bir əməliyyatla yaxlanıb. 

Suriya Kəşfiyyat İdarəsi uzun müddət Koenin izinə düşsə də, onu yaxlamaq yalnız  SSRİ-dən xüsusi siqnal qəbuledici avtomobillərinin alınmasından sonra mümkün olub.

Suriya tərəfindən sorğulanan Koen 1965-ci ildə bir çox ölkələrin vasitəçilik edərək edamı dayandırmağa çalışmasına baxmayaraq Dəməşq meydanında asılıb.  Mossad agentinin sümükləri hələ də Suriyadadır. İsrail hələ də bu sümükləri geri almaq üçün çox cəhdlər edir. 

Koenin ötürdüyü məlumatlar ölümündən iki il sonra Ərəb İttifaqı ilə İsrail arasında olan “Altı günlük müharibə”də çox vacib rol oynayıb. Xüsusilə, göndərdiyi məlumatlar İsrailin Qolan yüksəkliklərini  tutmasını asanlaşdırıb.

Mossad agenti olan Eli Koenin qısa həyatı barədə Netflix şirkəti 6 bölümdən ibarət olan  “Cəsus” (The Spy) adlı mini serial çəkib. 

 

Oxşar yazılar