Tanınmış diaspor təşkilatı rəhbəri Fuad Muradovun təltifindən imtina etdi - AÇIQLAMA

  • Avropa
  • 28 Dek 00:16
  • 299 Oxunma
img
+    -

Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tərəfindən verilən təşəkkürnamədən imtina edib. Bu barədə Xeber.de-yə danışan N.Hacıyeva bildirib ki,  ötən gün komitə rəhbəri F.Muradov iştirak etdiyi videokonfrans zamanı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyətlərinə, eləcə də 2020-ci ildə diaspor quruculuğu işində xüsusi fəallıqlarına görə 273 nəfəri təşəkkürnamə ilə təltif edib. Təltif olunanlar arasında müxtəlif ölkələrdəki diaspor təşkilatlarının təmsilçiləri, diaspor fəalları, Azərbaycandakı icmaların nümayəndələri və jurnalistlər olublar.


“Təşəkkürnamə alanların içind mən də varam. Ancaq mən həmin təltifdən imtina edirəm. Bonn şəhərində yaşadığım 28 ildə Alman-Azərbaycan Dostluq Cəmiyyəti olaraq Azərbaycan həqiqətlərini alman cəmiyyətinə çatdırılması istiqamətində çox böyük uğurlara imza atmışıq. 28 il bir igidin ömrüdür. Çox gözəl xatırlayıram ki, hələ o zaman alman cəmiyyəti ölkəmiz və Qarabağ kimi problemimiz barədə demək olar ki, məlumatsız idi. İndiyə kimi Almaniyada, yaşadığım şəhərdə Azərbaycan diasporunun güclənməsi, Qarabağ həqiqətlərinin siyasi arena və media müstəvisinə çıxarmaq üçün dayanmadan çalışmışam”- deyə, N.Hacıyeva bildirib.
N.Hacıyevaya dəstək məqsədi ilə 10-a yaxın diaspor təşkilatı rəhbəri və fəalı təltifdən imtina etdiyini açıqlayıb. Onların arasında tanımış idman ustası Hafiz Baxşəliyev, Fransada fəaliyyət göstərən “Ulduz” Cəmiyyətinin rəhbəri Aytən Muradova, “QALA” Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov da var. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar