Tovuzda ermənilərin təxribatı isveçli jurnalistlərə çatırılıb - FOTOLAR

  • Avropa
  • 22 İyl 18:40
  • 319 Oxunma
img
+    -

İsveçin paytaxtı Stokholmda yaşayan azərbaycanılar isveçli jurnalislətin iştirakı ilə konfrans keçirib. Xeber.de -nin məlumatına görə, konfransda son günlər Ermənistanın cəbhədəki təxribatları və bunun nəticəsində şəhid olan əsgər və zabitlərimiz haqqında məlumat verilib. 

Konfransda iştirak edən “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi” dərnəyinin rəhbəri Ülviyyə Nəcəfova saytımıza bildirib ki, konfransın məqəsdi erməni yalanlarını ifşa etmək, isveçli jurnalistlərə Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycana qarşı illərdir davam etdirdiyi təcavüzkar siyasətini olduğu kimi çatdırmaq olub.

 

“Bildiyiniz kimi Avropanın digər ölkələrində olduğu kimi İsveçdə də erməni diasporası güclüdür. Onlar öz yalanları ilə tez-tez yerli mediada çıxışlar edirlər. Xüsusilə, son Tovuz hadisəsi zamanı daha da fəallaşmışdılar. Təəsüflər olsun ki, isveçli jurnalistlər də çox zaman onların yalanlarına inanırlar. Bu konfransı ona görə təşkil etdik ki, yerli jurnalisitlər cəbhədə olan-bitənlər haqqında dəqiq məlumat alsınlar. Konfransa İsveçdə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin rəhbərləri də dəvət olunmuşdular” - deyə, Ü.Nəcəfova bildirib.

Onun sözlərinə görə, konfransdan sonra Stokholmun mərkəzində Azərbaycan Ordusuna dəstək aksiyası da keçirilib: “Ordumuza dəstək aksiyaları İsveçin digər şəhərlərində olduğu kimi Stokholmda da keçirildi. Aksiyada “Şəhidlər ölməz, Vətən bölünməz!”, ”Qarabağ Azərbaycandır!”, ”Azərbaycan-Türkiyə”, ”Ən böyük əsgər bizim əsgər!” kimi şüarlar səsləndirildi. Aksiyada çıxış edənlər bildirdilər ki, dünya birliyi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, orada terror dövləti qurmasına hələ də göz yumur”.

Ü.Nəcəfova bildirib ki, Ordumuza dəstək və Qarabağ həqiqətlərinin çatırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar