Tramvayda suriyalı gəncə qarşı irqçi hərəkət – VİDEO

  • Avropa
  • 27 Apr 13:01
  • 1433 Oxunma
img
+    -

Görüntü Almaniyanın Türingiya əyalətinin Erfrut şəhərindəki bir tramvayda qeydə alınıb. “Xeber.de”-nin məlumatna görə, 17 yaşlı suriyalı gənc tramvayda əyləşdiyi yerdə hələlik kimliyi açıqlanmayan 39 yaşlı şəxsin hücumuna məruz qalıb. 
Sosial şəbəkələrdə neo-nasist üzvü kimi təqdim edilən şəxs suriyalı gənci təhqir edərək, üzünə tüpürüb, daha sonra başına zərbələrə endirməyə başlayıb. 17 yaşlı gəncin telefonunu əlindən alıb, sındırdıqdan sonra uzaqlaşan 39 yaşlı şəxsin kimliyi müşahidə kamerası vasitəsi ilə müəyyən olunub. 
Türingiya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hazırda həmin şəxsin axtarışları davam etdirilir.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar