“Traxtur”un rəsmi saytından “Səttarxan”a görə senzura -FOTO

  • Sport
  • 21 Yan 02:51
  • 88 Oxunma
img
+    -

Güney Azərbaycanın “Traxtur” futbol klubunun rəsmi saytı yaydığı xəbərdə Sərdar Səttarxanın şəkilinə senzura tətbiq edib. Xeber.de-nin məlumatına görə, rəsmi mətbuat orqanı klub rəsmiləri ilə futbolçu Okaça Həmzavi arasında imzalanan müqavilə ilə bağlı xəbər yayıb. Yayılan görüntüdə Sərdar Səttarxanın divardan asılmış şəkli fotoşop vasitəsi ilə silinib. Okaça Həmzavi isə, şəkili olduğu kimi öz səhifəsində yaydıqdan bir neçə dəqiqə sonra xəbəri silərək, senzura tətbiq olunmuş görüntünü yaymalı olub. Diqqət çəkən məqam ondan ibarətdir ki, futbolçunu yaydığı xəbəri silməyə kim məcbur edib?!

“Traxtur” tərəfdarları və sosial şəbəkə istifadəçiləri bu məsələyə kəskin etiraz bildirdikdən sonra klub görüntünü olduğu kimi yaymağa məcbur olub. Azərbaycanlı sosial şəbəkələr istifadəçiləri soruşur ki, futbol klubu bir şəkili yaymaqdam nə üçün bu qədər qorxmalıdır?! Klubda kimlər və hansı meyarla qərar verir?!

1990-cı ildə doğulan Okaça Həmzavi əlcəzairlidir. O hücumçu kimi “Traxtur” komandasına transfer edilib.