Türkiyə millisi Bakıda - "AVRO-2020"nin püşkü atıldı

  • Sport
  • 30 Noy 22:57
  • 100 Oxunma
img
+    -

Rumıniyanın paytaxtı Buxarest şəhərində Avro-2020-nin püşkatma mərasimi keçirilib.

 

Qaynarinfo xəbər verir ki, püşkün nəticələrinə əsasən qrupların tərkibi belə formalaşıb:

 

 

A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

 

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

 

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, D Liqasının qalibi

 

D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

 

E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

 

F qrupu: A Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya

 

Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar olaraq turnir ilk dəfə qitənin 12 şəhərində keçiriləcək. Sözügedən şəhərlər arasında Bakı da var. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunlarına, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşmasına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.